Ərdoğan iqtisadiyyatda islahatlara təkid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i324431-Ərdoğan_iqtisadiyyatda_islahatlara_təkid_edib
Türkiyə prezidenti bu ölkə iqtisadiyyatının üçtərəfli şərdən azad edilməsinə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2018 09:04 Asia/Baku
  • Ərdoğan iqtisadiyyatda islahatlara təkid edib
    Ərdoğan iqtisadiyyatda islahatlara təkid edib

Türkiyə prezidenti bu ölkə iqtisadiyyatının üçtərəfli şərdən azad edilməsinə təkid edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Parlamenti komitəsi toplusunda etdiyi çıxışında deyib: Hökumət iqtisadiyyatı sələm, inflyasiya və devalvasiyadan ibarət üçtərəfli şər məhvərindən xilas etmək üçün lazımı tədbirlərə start verib. 

Ərdoğan iş adamları və sənaye sahiblərini bir az səbirli olmağa və xarici iqtisadi hücumlara qarşı reaksiyada istehsalı artırmağa çağırıb. 

Qeyd edək ki, Türkiyə lirəsi son günlərdə xarici valyutalar qarşısında itirdiyi dəyərini müəyyən qədər bərpa etdi . Mərkəzi bank tərəfindən sələmin miqdarının artırılması və bəzi iqtisadi tədbirlər bunun əsas amilləri kimi təqdim olunur.