Ərdoğan: Medialar, Qərb ölkələrini idarə edirlər
Okt 04, 2018 15:31 Asia/Baku
Türkiyə prezidenti deyir ki, medialar, Qərb ölkələrini idarə edirlər.
Rəcəb Tayyip Ərdoğan bu gün deyib: Qərb ölkələrinin idarə olunması onların başçılarının üzərinə düşmür, bu ölkələri medialar idarə edirlər.
Türkiyə prezidenti deyib: Qərb ölkələrinin medialarında, üniversitet mühitlərində və ümumi mühitində Türkiyə əleyhinə yalan xəbərlərin yayılması bu cəmiyyətlərdə Türkiyə həqiqətlərinini dərk edilməsinə mane olur.
Ərdoğan Qərb medialarını terrorçular və PKK ünsürlərinin himayədarları və Gülən tərəfdarı olan çevrilişçilərin ürəkyandıranları kimi təqdim edib.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin də bundan öncə Nyu-York Tayms, CNN, BBC kimi mediaları Türkiyəni zəiflətmək və bu ölkədə təfriqə salmağa səy göstərməkdə ittiham etmişdi.
Teqlər