Çavuşoğlu Ərəbistan prokurorluğunun Qaşıqçının qətli barədəki izahatlarına reaksiya verib
https://azeri.sahartv.ir/news/türkiyə-i328049-Çavuşoğlu_Ərəbistan_prokurorluğunun_qaşıqçının_qətli_barədəki_izahatlarına_reaksiya_verib
Türkiyənin xarici işlər naziri Ərəbistan prokurorluğunun Qaşıqçının qətli barədəki izahatlarını yetərsiz adlandırıb və bu cinayətin öncədən planlaşdırılması mahiyyətinə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2018 09:56 Asia/Baku
  • Çavuşoğlu Ərəbistan prokurorluğunun Qaşıqçının qətli barədəki izahatlarına reaksiya verib

Türkiyənin xarici işlər naziri Ərəbistan prokurorluğunun Qaşıqçının qətli barədəki izahatlarını yetərsiz adlandırıb və bu cinayətin öncədən planlaşdırılması mahiyyətinə təkid edib.

Mövlud Çavuşoğlu Ərəbistan baş prokurorunun Camal Qaşıqçının qatillərindən beş nəfər üçün ölüm hökmünün çıxarılması barədəki bəyanatını yetərsiz adlandırıb və deyib ki, Ərəbistan baş prokurorunun sözləri qənaətbəxş deyildi.

Qaşıqçının qətli işinin bağlanmadığını vurğulayan Mövlud Çavuşoğlu əlavə edib: Bu cinayətin əsl amilləri müəyyənləşməli və bu barədə gizlinliyə yol verilməməlidir.