Ümumdünya Ticarət Təşkilatında Türkiyənin ABŞ-a qarşı şikayəti təsdiq olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i330699-Ümumdünya_ticarət_təşkilatında_türkiyənin_abŞ_a_qarşı_şikayəti_təsdiq_olunub
Ümumdünya Ticarət Təşkilatı Türkiyənin ABŞ-a qarşı şikayətini təsdiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2018 10:30 Asia/Baku
  • Ümumdünya Ticarət Təşkilatında Türkiyənin ABŞ-a qarşı şikayəti təsdiq olunub

Ümumdünya Ticarət Təşkilatı Türkiyənin ABŞ-a qarşı şikayətini təsdiq edib.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan dünən bildirib ki, Ümumdünya Ticarət Təşkilatı Türkiyənin beynəlxalq tariflər məsələsində ABŞ-a qarşı şikayətini təsdiq edibdir.

Türkiyənin ticarət naziri deyib: Qaldırılmış şikayətdə Ümumdünya Ticarət Təşkilatının qaydalarına istinadla Amerika tərəfindən tariflərin tətbiq olunması qanunsuz və azad ticarət müahidəsinin pozulması adlandırılıbdır.

Dörd ay bundan qabaq Ümumdünya Ticarət Təşkilatı Türkiyənin ABŞ-a qarşı şikayətini almasından xəbər verdi. Bildirdi ki, Ankara yeni tariflərlə bağlı Amerika ilə olan ixtilafın həlli üzrə iclasın keçirilməsini istəyibdir.

Donald Trampın başçılıq etdiyi Amerika hökumətinin qərarına əsasən, Türkiyə poladının Amerikaya idxal edilməsi tarifi əlli, alüminium tarifi isə iyirmi faiz olacaqdır.

Türkiyə də cavab olaraq, Amerika məhsullarına, o sıradan Amerika yüngül avtomobillərinə yeni tariflər tətbiq edibidir.