Türkiyə sionist qəsəbələrin inşasını pisləyib
Dek 28, 2018 06:54 Asia/Baku
Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq İordan çayının qərb sahilində sionist qəsəbələrin genişləndirilməsinin qəbuledilməz olduğunu bildirib.
İRİB-in verdiyi məlumata görə, Türkiyə XİN-in bəyanatında sionist İsrail rejiminin İordan çayının qərb sahilində 2 min 200 mənzildən ibarət yeni qəsəbə inşası layihəsini qəbul etməsi pislənilib və bildirilir ki, sionist rejim beynəlxalq qətnamələri və beynəlxalq hüquq normalarını pozmaqda davam edir.
Benyamin Netanyahu son vaxtlar işğal olunmuş ərazilərdə yerləşən qəsəbələrdə 2200 yeni mənzilin inşası ilə razılaşıb.