Ərdoğan Maduroya xitabən: Möhkəm dayan!
-
Ərdoğan Maduroya xitabən: Möhkəm dayan!
Türkiyə prezidenti Nikolas Maduronu Venesuelanın qanuni prezidenti adlandırıb və Trampın dediklərinin onu şoka saldığını bildirib.
Ərdoğan Malta prezidenti ilə birgə mətbuat konfransında Venesuela prezidenti Nikolas Maduronu dəstəkləyərək, deyib: Siz seçki qutularına hörmət etməlisiniz. Əgər siz seçki qutularına hörmət etməzsəniz, bunu demokratiya adlandırmaq olmaz. Bu düşüncə, struktur və anlayış hər şeyə sahib olmaq istəyidir. Maduro xalqın rəyi ilə seçilib. Amma, bir çoxları bunu qəbul etmək istəmirlər. Bunlar əsasən Lima qrupuna (2017-ci ildə Venesuela böhranı üçün həll yolu tapmaq məqsədi ilə Limada təşkil edilmiş qrup) üzv ölkələrdirlər. Demokratiyaya inanan bir şəxs olaraq Trampın bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər məni heyrətləndirdi. Səmimi olaraq deyim ki, Rusiyadan qayıtdığım zaman onunla (Maduro ilə) telefon ilə bu mövzu, demokratiya mövzusu haqda söhbətimiz oldu. Mən ona anti-demokratik hərəkətlər qarşısında güzəştə getməməsini və möhkəm dayanmasını dedim.