Türkiyənin cənub sahillərində tufan
Yan 26, 2019 14:54 Asia/Baku
-
Türkiyənin cənub sahillərində tufan
Türkiyənin cənub sahillərində tufan və qasırğa nəticəsində iki nəfərin həyatını itirdiyi, 18 nəfərin isə xəsarət aldığı bildirilir.
Dünən günortadan sonra başlayan bu tufan Antaliya, Bodrum və İzmir şəhərlərində ciddi dağıntılara səbəb olub. Onlarla bina və avtomobil habelə, yüzlərlə hektar əkin ərazisinə böyük zərər və ziyanlar dəyib.
Tufan həmçinin, Antaliya şəhərində insan tələfatına da səbəb olub. Türkiyə medialarının bildirdiklərinə görə, Antaliya hava limanında turistləri daşıyan avtobusun aşması nəticəsində 10 nəfər xəsarət alıb. Türkiyənin Hidrometeorologia Təşkilatının bildirdiyinə görə, anomal hava şəraiti hələ bir neçə gün davam edəcək.