Türkiyə xalqı ABŞ-a bədbindir
Yan 31, 2019 14:28 Asia/Baku
Türkiyədə aparılmış bir rəy sorğusunun nəticələri göstərir ki, bu ölkə xalqının altmış faizindən çoxu Amerikanı öz ölkəsinə qarşı ən mühüm hədə hesab edir.
Türkiyənin İstanbul şəhərindəki "Kadir Has" universitetinin apardığı rəy sorğusunun nəticələrinə görə, bu ölkə xalqının 2016-cı ildə Amerikaya bədbinliyinin 39,2 faiz olduğu bir halda, bu rəqəm 2017-ci ildə 64,3 faizə qalxıbdır.
28 iri şəhərdə min Türkiyə vətəndaşı arasında aparılmış bu rəy sorğusunda sionist rejim 61,4 və İngiltərə 50,2 faizlə Türkiyəyə qarşı ikinci və üçüncü xarici təhdid hesab olunubdur.
Bu rəy sorğusu həmçinin Türkiyə xalqının bu ölkənin Avropa Birliyinə qatılmasına olan rəğbətinin 65,1 faizdən 45,7 faizə endiyini göstəribdir.
Teqlər