Türkiyə polisinin "Fetö" əməliyyatı \ 1112 həbs hökmü
https://azeri.sahartv.ir/news/türkiyə-i334580-türkiyə_polisinin_fetö_əməliyyatı_1112_həbs_hökmü
Bu gündən etibarən Türkiyənin 76 vilayətində Fətullah Gülənin tərəfdarlarına qarşı 1112 həbs qərarı ilə xüsusi əməliyyat başlandı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2019 16:12 Asia/Baku
  • Türkiyə polisinin
    Türkiyə polisinin "Fetö" əməliyyatı \ 1112 həbs hökmü

Bu gündən etibarən Türkiyənin 76 vilayətində Fətullah Gülənin tərəfdarlarına qarşı 1112 həbs qərarı ilə xüsusi əməliyyat başlandı.

İRİB-nin bildirdiyinə görə, bu əməliyyat "Fetö" tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd zamanından bəri ən iri əməliyyat sayılır.

Bu şəxslər 2016-cı ilin iyul ayında dövlət əleyhinə çevrilişə cəhd göstərməkdə ittiham olunurlar.

Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdindən bəri 77 min nəfər məsuliyyətə cəlb olunub.

2016-cı ilin iyulunda Türkiyədə dövlət əleyhinə çevriliş cəhdi 250 nəfərin ölümü ilə nəticələnmişdi.

Türkiyə hökuməti dövlət çevrilişinə cəhdin arxsında Fətullah Gülənin başçılıq etdiyi "Fetö"  hərəkatının dayandığını bildirir.