Qaşıqçının qətlini ört-basdır etmək olmaz
-
nın qətlini ört-basdır etmək
Türkiyə prezidenti dünən CNN Türk telekanalı ilə müsahibədə vurğulayıb ki, Ankara səud rejiminin tənqidçisi olmuş jurnalist Camal Qaşıqçının qətli işini izləməkdən əl çəkməyəcəkdir.
Rəcəb Tayyıb Ərdoğan bildirib ki, bu cinayət Türkiyə ərazisində baş verib və Ankara onu izləyəcəkdir.
“Qaşıqçının qətlini ört-basdır etmək olmaz” deyən Ərdoğan həmçinin soruşub: Əgər Ərəbistan vəliəhdi Muhəmməd bin Salman Qaşıqçının başına nə gəldiyini bilmirsə, bəs kim bilir?
Səud rejimini tənqid edən Camal Qaşıqçı 2018-ci il oktybarın ikisində Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı.
Səud rejimi 18 gün sükutdan və təkzibdən sonra dünya ictimaiyyətinin təzyiqləri altında nəhayət oktyabrın 19-da Qaçıqçının Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirdiyini etiraf və təsdiq etdi.