ABŞ: "S-400" almağın Türkiyə üçün təhlükəli nəticələri olacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i336482-abŞ_s_400_almağın_türkiyə_üçün_təhlükəli_nəticələri_olacaq
ABŞ-ın Müdafiə Nazirliyi bir daha Rusiyadan "S-400" raket sistemlərinin alınmasına dair Türkiyəyə xəbərdarlıq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2019 07:04 Asia/Baku
  • ABŞ:
    ABŞ: "S-400" almağın Türkiyə üçün təhlükəli nəticələri olacaq

ABŞ-ın Müdafiə Nazirliyi bir daha Rusiyadan "S-400" raket sistemlərinin alınmasına dair Türkiyəyə xəbərdarlıq etdi.

İRNA-nın məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyi "Pentaqon"un sözçüsü Çarlz Sammerz bir mətbuat konfransında dedi: S-400 almağın Türkiyə üçün təhlükəli nəticələri olacaq. 

Sammerz dedi: Türkiyə Rusiyadan S-400 raket müdafiə sistemi almaqla ABŞ-ın F-35 qırıcıları və "Patriot" raketləri ilə birdəfəlik vidalaşmalı olacaq. 

Son aylarda ABŞ və Türkiyə münasibətləri Ankaranın Rusiyadan S-400 raket müdafiə sistemi almasına görə xeyli gərginləşib. 

Rusiya prezidenti Vladimir Putin də son zamanlar ABŞ-ın Türkiyəyə S-400 raket sistemlərini almağı qadağan etmək haqqına malik olmadığını dedi. 

Türkiyə və Rusiya arasında S-400 raket sisteminin alınmasına dair müqavilə 2017-ci ildə imzalanıb.