Gülənlə əlaqədə olmaq ittihamı ilə daha bir qrup Türkiyə hərbçisi həbs olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i337304-gülənlə_əlaqədə_olmaq_ittihamı_ilə_daha_bir_qrup_türkiyə_hərbçisi_həbs_olunub
Türkiyənin təhlükəsizlik qüvvələri Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə bu ölkə hərbçilərindən 33 nəfəri həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2019 14:36 Asia/Baku
  • Gülənlə əlaqədə olmaq ittihamı ilə daha bir qrup Türkiyə hərbçisi həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə bu ölkə hərbçilərindən 33 nəfəri həbs ediblər.

Türkiyənin Kayseri şəhərinin prokurorluğu bu ölkə ordusunda Gülən qrupu tərəfdarlarının təşkilatlandırılması haqda təhqiqat çərçivəsində ordu hərbçilərindən 36 nəfərin həbsi barədə hökm çıxarıbdır.

Bu hökmün verilməsinin ardınca Türkiyənin təhlükəsizlik qüvvələri Kayseri, Ankara, İzmir və Diyarbəkir şəhərlərində, həmçinin bir neçə digər şəhərdə keçirdikləri müxtəlif əməliyyatlarda indiyədək bu şəxslərdən 33 nəfəri həbs ediblər.

Türkiyə dövləti bu qənaətdədir ki, Fəthullah Gülən və onun tərəfdarları bir qrup təşkil etmək, həmçinin məhkəmə, hərbi və təhsil təşkilatlarına və digər dövlət orqanlarına soxulmaqla 2016-cı il 15 iyul uğursuz hərbi çevrilişini təşkilatlandırdılar, amma Gülən bu ittihamları dəfələrlə rədd edibdir.