Türkiyə ilə Rusiya arasında vizanın götürülməsi məsələsi araşdırılır
Mart 25, 2019 14:39 Asia/Baku
Türkiyənin xarici işlər naziri deyib ki, Rusiya xarici işlər nazirinin cari həftədə bu ölkəyə səfəri zamanı iki ölkə arasında vizanın götürülməsi məsələsi qətiləşəcəkdir.
Mövlud Çavuşoğlu Sergey Lavrovun çərşənbə günü Ankaraya olacaq səfərinə toxunaraq, əlavə edib ki, martın 28-də Rusiyanın xarici işlər naziri ilə görüşdə iki ölkə arasında vizanın götürülməsi məsələsi araşdırılacaq.
Bu məsələ Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın yanvar ayında Rusiyaya birgünlük səfəri zamanı bu ölkənin prezidenti Vladimir Putinlə görüşündən sonra daha ciddi şəkildə izlənilir.