Türkiyənin ABŞ-ın Qolan barədəki mövqeyinə reaksiyası
https://azeri.sahartv.ir/news/türkiyə-i337623-türkiyənin_abŞ_ın_qolan_barədəki_mövqeyinə_reaksiyası
Türkiyə prezident administrasiyasının sözçüsü Amerika prezidentinin sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanımasını tənqid edərək, bu hərəkəti onun militarizminin nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2019 09:07 Asia/Baku
  • Türkiyənin ABŞ-ın Qolan barədəki mövqeyinə reaksiyası

Türkiyə prezident administrasiyasının sözçüsü Amerika prezidentinin sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanımasını tənqid edərək, bu hərəkəti onun militarizminin nişanəsi adlandırıb.

İbrahim Kalin bir twitt-də sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətinin rəsmən tanınması barədə fərmanın Amerika prezidenti Donald Tramp tərəfindən imzalanmasına reaksiyada deyib ki, bu fərmanın Qəzzə zolağının bu rejim tərəfindən bombalanması ilə bir zamanda imzalanması Trampın sülhə qarşı militarist təfəkkürünün təzahürüdür.

Türkiyə prezident administrasiyasının sözçüsü həmçinin vurğulayıb: Militarist siyasətlər və hansı bir kəsin tərəfindən dəstəklənməsindən asılı olmayaraq, hər cür işğalçılıq, qanunsuz və insanlığa ziddir.