Ərdoğan: Sionist rejimin Qolana hakimiyyəti heç vaxt qəbul olunmayacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i337642-Ərdoğan_sionist_rejimin_qolana_hakimiyyəti_heç_vaxt_qəbul_olunmayacaq
Türkiyə prezidenti dünən Amerika prezidenti Donald Trampın sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanımasını kəskin tərzdə pisləyib və bildirib ki, sionist rejimin Qolana hakimiyyəti heç vaxt qəbul olunmayacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2019 04:58 Asia/Baku
  • Ərdoğan: Sionist rejimin Qolana hakimiyyəti heç vaxt qəbul olunmayacaq

Türkiyə prezidenti dünən Amerika prezidenti Donald Trampın sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanımasını kəskin tərzdə pisləyib və bildirib ki, sionist rejimin Qolana hakimiyyəti heç vaxt qəbul olunmayacaqdır.

Rəcəb Tayyıb Ərdoğan İstanbulda deyib ki, Amerika prezidenti mütləq dünyadan qətiyyətli cavab alacaq.

Türkiyə prezidenti əlavə edib: Qolan beynəlxalq qanunlara və BMT qətnamələrinə əsasən, Suriya ərazisinin bir hissəsidir.

Ərdoğan bundan öncə də bildirmişdi ki, Qolan məsələsini BMT-də qaldıracaqdır.