Türkiyə xarici işlər naziri Rusiyadan S-400 sisteminin satın alınmasına təkid edib
Mart 29, 2019 13:13 Asia/Baku
-
Türkiyə xarici işlər naziri Rusiyadan S-400 sisteminin satın alınmasına təkid edib
Türkiyənin xarici işlər naziri Rusiyadan S-400 müdafiə sisteminin satın alınmasının qəti olduğunu vurğulayaraq, bu sistemin təhvil verilməsi zamanı barədə müzakirədən xəbər verib.
Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyi birgə mətbuat konfransında həmçinin iki ölkənin iş adamları üçün vizanın götürülməsindən xəbər verib və bildirib ki, iki ölkə arasında ticarət mübadiləsi həcmi yüz milyard dollara çatacaqdır.
O, sonra ABŞ prezidentinin sionist rejimin Qolanı işğal etməsini rəsmən tanımasına toxunaraq, onu bu rejimin baş nazirinə bir hədiyyə adlandırıb.
Çavuşoğlu həmçinin Suriya məsələsinə toxunub. Deyib ki, Türkiyə, slüh yoluna çatmaq üçün Suriyanın silah və terrorizmdən təmizlənməsini istəyir.