Türkiyə qırıcıları İraqın şimalını bombalamağı davam etdirirlər
-
İraqın şimalını bombalamağı davam etdirirlər
Türkiyə müdafiə nazirliyi dünən gecə bir bəyanatda bu ölkə qırıcılarının İraqın şimalındakı "Qəndil" yüksəkliklərinə qarşı hücumundan xəbər verib.
Türkiyə müdafiə nazirliyi bildirib ki, bu ölkənin qırıcıları PKK-nın "Qəndil" yüksəkliklərində yerləşən sığınacaqları və cəbbəxanalarını bombardman ediblər.
Türkiyə qırıcıları cümə günü də İraqın şimalında yerləşən Avaşin, Əlzab və Hakurk məntəqələrini bombalamışdılar.
Türkiyə son illər PKK ünsürlərini yatırmaq bəhanəsilə dəfələrlə İraq ərazisinə təcavüz edib.
Bu təcavüzlər İraqı dövlətinin və digər ölkələrin kəskin reaksiylarına səbəb olubdur.
Türkiyənin İraqın şimalında yerləşən dağlıq məntəqələrə qarşı aviasiya və artilleriya hücumları Ankara ilə PKK arasındakı atəşkəs razılaşmasının 2015-ci ilin iyulunda pozulmasından bəri bərpa olunubdur.