Türkiyədə bələdiyyə və yerli şuralar üzrə seçkilər başlanıb
-
Türkiyədə bələdiyyə və yerli şuralar üzrə seçkilər başlanıb
Türkiyədə bələdiyyə və yerli şuralar üzrə seçkilər başlanıb.
Türkiyədə bələdiyyə və yerli şuralar üzrə seçkilər bələdiyyə başçıları, həmçinin bu ölkənin 81 vilayətinin şəhər və kənd şuraları üzvlərinin seçilməsi üçün keçirilir.
Seçkilərdə 13 partiyanın namizədləri iştirak edirlər.
"Cumhur" koalisiyası hakim Ədalət və İnkişaf Partiyası və Milli Hərəkət Partiyasını əhatə edir.
"Millət" koalisiyası da dövlət ilə ən mühüm müxalif partiya olan Cümhuriyyət Xalq Partiyasına və bir neçə digər partiyaya şamil olur.
Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan bu seçkiləri ölkə üçün ölüm-dirim məsələsi adlandırıbdır.
Rəy sorğularının nəticələri göstərir ki, hakim Ədalət və İnkişaf Partiyası ehtimal üzrə Ankaraya və hətta bu ölkənin ən böyük şəhəri olan İstanbula nəzarətini itirəcəkdir.