Amerika rəsmilərinin Türkiyə seçkiləri barədəki müdaxilə mahiyyətli sözləri pislənib
https://azeri.sahartv.ir/news/türkiyə-i338099-amerika_rəsmilərinin_türkiyə_seçkiləri_barədəki_müdaxilə_mahiyyətli_sözləri_pislənib
Türkiyə ABŞ dövlət departamenti sözçüsünün həmin ölkədəki yerli seçkilərlə bağlı müdaxilə mahiyyətli sözlərini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2019 09:04 Asia/Baku
  • Amerika rəsmilərinin Türkiyə seçkiləri barədəki müdaxilə mahiyyətli sözləri pislənib
    Amerika rəsmilərinin Türkiyə seçkiləri barədəki müdaxilə mahiyyətli sözləri pislənib

Türkiyə ABŞ dövlət departamenti sözçüsünün həmin ölkədəki yerli seçkilərlə bağlı müdaxilə mahiyyətli sözlərini pisləyib.

ABŞ dövlət departamentinin sözçüsü Robert Palladino Türkiyədə bələdiyyələrə və yerli şuralara seçkilərin nəticəsinin qəbul olunmasını azad seçkilərin keçirilməsi prosesinin bir hissəsi adlandırıb.

Türkiyə prezident administrasiyasının rabitə idarəsinin müdiri Fəxrəddin Altun Amerikanı qanuni prosesə hörmət etməyə və Türkiyənin daxili işlərinə müdaxilə kimi hesab oluna bilinəcək hər cür addımdan çəkinməyə çağırıb.

O, əlavə edib: Türkiyədə 31 mart yerli seçkiləri nizam-intizam və asayişlə keçirilib və əgər ixtilaf olarsa, seçkilərin keçirilməsi üzrə məsul şəxslər ixtilafları qəti, sürətli və şəffaf şəkildə həll edəcəklər.

Türkiyədə bələdiyyə seçkilərinin yekun nəticələri bəzi iri şəhərlər çıxılmaq şərti ilə hakim partiyanın tabeliyində olan koalisiyanın namizədlərinin öndə getmələrindən söz açır.

Əvəzində hakim partiya ilə müxalif olan koalisiya da səslərin 38 faizini qazanıb. Belə bir halda, hakim partiya ilə müxalif olanlar Ankara, İstanbul və İzmir kimi böyük şəhərlər üzrə bələdiyyə seçkilərində qalib gəliblər.