Pentaqon Çavuşoğlunun təklifini rədd etdi
-
Pentaqon Çavuşoğlunun təklifini rədd etdi
ABŞ-ın müdafiə naziri Rusiyadan S-400 raket sistemi almasına dair Türkiyənin birgə işçi qrupunun təşkil edilməsi təklifinə "yox" dedi.
Pentaqon Ankaranın Rusiyadan S-400 raket sistemi alması məsələsi ətrafında yaranmış ixtilafları həll etmək üçün Türkiyənin ABŞ ilə birgə işçi qrupunun yaradılmasına dair təklifini araşdırmadığını bildirdi. Pentaqon bu açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun S-400 raket sisteminə dair ixtilafları həll etmək üçün birgə işçi qrupunun yaradılması üzrə təklifindən bir gün sonra verdi.
Çavuşoğlu Rusiyadan S-400 raket sisteminin alınmasına dair müqavilənin qətiləşdiyini və Ankaranın öz fikrindən daşınmayacağını elan edərək, Türkiyə - Rusiya münasibətlərini Türkiyə-NATO münasibətləri üçün bir alternativ olmadığını söyləyib.
Pentaqon bazar ertəsi günü F-35 qırıcılarının Türkiyəyə təhvil verilməsinin durdurulmasına dair göstəriş verib. Türkiyə indiyə kimi ABŞ-dan 4 ədəd F-35 qırıcısı alıb və türk pilotların Arizonanın Luk hava bazasındakı təlimləri davam edir.