Ərdoğan Amerikanı tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i338342-Ərdoğan_amerikanı_tənqid_edib
Türkiyə prezidenti Rusiyadan raket müdafiə sistemi satın almasına görə, ABŞ-ın vitse-prezidentinin Ankaranı NATO-dan çıxarmaqla hədələməsini tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2019 06:12 Asia/Baku
  • Rəcəb Tayyıp Ərdoğan
    Rəcəb Tayyıp Ərdoğan

Türkiyə prezidenti Rusiyadan raket müdafiə sistemi satın almasına görə, ABŞ-ın vitse-prezidentinin Ankaranı NATO-dan çıxarmaqla hədələməsini tənqid edib.

Rəcəb Tayyıp Ərdoğan dünən Rusiyadan S-400 raket müdafiə sistemi satın almasına görə, Mayk Pensin Türkiyəyə qarşı söylədiyi sözlərə reaksiyada deyib ki, bu sözlər böyük bir səhv idi.

Türkiyə prezidenti Türkiyə-Rusiya Ali Strateji Şurasının qarşıdakı iclasına işarə edərək, əlavə edib ki, S-400 raket müdafiə sisteminin satın alınması bu iclasın mühüm mövzularındandır.

Mayk Pens Vaşinqtonda NATO-nun qurulmasının 70-ci ildönümü mərasimində Rusiyadan S-400 raket müdafiə sisteminin satın alınmasına israr etdiyinə görə, Ankaraya xəbərdarlıq edib və deyib ki, Türkiyə NATO-da qalmaqla S-400-ü satın almaqdan birini seçməlidir.

Belə bir halda, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda NATO ölkələrinin xarici işlər nazirləri iclasının kənarında keçirdiyi mətbuat konfransında deyib ki, Rusiyadan S-400 raket müdafiə sisteminin satın alınması qətiləşib və ləğv oluna bilməz.

Digər tərəfdən, Türkiyənin müdafiə naziri Hulusi Akar dünən F-35 amerikan qırıcılarının satın alınması proqramı barədə belə deyib: Ankara öz hüquqlarına çatanadək bu sahədəki danışıqları davam etdirəcək.