Ədalət və İnkişaf Partiyası səslərin yenidən sayılmasının nəticələrini qəbul edəcəyinə təkid etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i338359-Ədalət_və_İnkişaf_partiyası_səslərin_yenidən_sayılmasının_nəticələrini_qəbul_edəcəyinə_təkid_etdi
Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü son bələdiyyə seçkilərində verilən səslərin yenidən sayılmasının nəticələrini qəbul edəcəyini bildirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2019 07:59 Asia/Baku
  • Ədalət və İnkişaf Partiyası səslərin yenidən sayılmasının nəticələrini qəbul edəcəyinə təkid etdi
    Ədalət və İnkişaf Partiyası səslərin yenidən sayılmasının nəticələrini qəbul edəcəyinə təkid etdi

Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü son bələdiyyə seçkilərində verilən səslərin yenidən sayılmasının nəticələrini qəbul edəcəyini bildirdi.

İRİB-nin bildirdiyinə görə, Ömər Çəlik İstanbulda bir mətbuat konfransında dedi: Ədalət və İnkişaf Partiyası Ankara və İstanbul şəhərləri üzrə səslərin yenidən sayılmasının nəticəsini qəbul edəcək. Hansı partiyanın qalib gəlməsindən asılı olmayaraq.

Hakim Ədalət və İnkişaf Partiyası son bələdiyyə seçkilərində ölkə səviyyəsində çoxluq baxımından qələbə çalmış olsa da, bu partiya paytaxt Ankara və İstanublda seçkiləri əsas rəqibinə uduzub.

Hakim Ədalət və İnkişaf Partiyası seçkilərin nəticəsinin səslərin sayılması prosesindəki intizamsızlığın təsiri altına düşdüyünü iddia edərək, səslərin yenidən sayılmasını istəyib.

Son seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası Ankara, İstanbul, İzmir, Antaliya və Adana kimi iri şəhərlərə nəzarəti itirib.