Zərif Türkiyəyə daxil olub
Apr 17, 2019 03:31 Asia/Baku
-
Zərif Türkiyəyə daxil olub
İran İslam Respublikasının xarici işlər naziri dünən gecə siyasi bir heyətlə Suriyanın paytaxtı Dəməşqdən Türkiyənin paytaxtı Ankaraya daxil olub.
Məhəmməd Cavad Zərif Ankaraya daxil olarkən müxbirlər qarşısında bildirib ki, Türkiyə rəsmilərilə ikitərəfli və regional, xüsusən Suriya və Şimali Afrika məsələləri barədə söhbət edəcək.
Zərif Türkiyəyə ikigünlük səfərində bu ölkənin rəsmiləri, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan ilə görüşməlidir. Zərif bundan öncə Suriyaya səfər edibdir.