İran və Türkiyə xarici işlər nazirlərinin müzakirələri
-
İran və Türkiyə xarici işlər nazirlərinin müzakirələri
İran İslam Respublikası və Türkiyə xarici işlər nazirlərinin müzakirələrinin birinci dövrü xüsusi şəkildə Ankarada keçirilib.
Məhəmməd Cavad Zərif Türkiyəyə ikigünlük səfərdə bu ölkənin rəsmilərilə ikitərəfli əməkdaşlıqlar, mühüm regional məsələlər barədə söhbət edəcək.
İranın xarici işlər naziri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında vurğulayıb ki, İran İslam Respublikası qonşu ölkələrlə konstruktiv həmkarlığı alqışlayır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu mətbuat konfransında deyib: Biz İran xalqına zərər vuran İrana qarşı tətbiq edilən sanksiyalarla müxalifətimizi vurğuladıq. İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah terror təşkilatı deyil və ümid edirik ki, Amerika bu barədəki qərarından vaz keçəcək. Amerikanın İrana qarşı sanksiyaları ilə müxalifik və Amerika bu sanksiyalara son qoymalıdır. İrana qarşı sanksiyaların dayandırılması vacibliyi barədə Vaşinqtonla danışıqları davam etdirəcəyik. Biz bu qənaətdəyik ki, İran şəffaflıqla hərəkət edir və Amerikanın nüvə anlaşmasından çıxması qeyri-düzgün bir işdir və buna təkid etmişik.
Türkiyənin xarici işlər naziri həmçinin deyib: Ankara İranla ticarət mübadilələri həcmini ildə otuz milyard dollara çatdırmaq niyyətindədir. Biz Suriyada böhranın həlli üzrə Astana müzakirələri prosesini himayə edirik və İranla yanaşı bu çərçivədə səy göstərəcəyik.