Ərdoğan: Türkiyə iqtisadi terrorizmə təslim olmayacaq
-
Ərdoğan: Türkiyə iqtisadi terrorizmə təslim olmayacaq
Türkiyə prezidenti vurğulayıb: Ankara terror hücumlarına təslim olmadığı kimi, iqtisadi terrorizmə də təslim olmayacaqdır.
Rəcəb Tayyıp Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının məşvərət və dəyərləndirmə iclasındakı çıxışında deyib: Türkiyə iqtisadiyyatı ölkənin digər işləri kimi yaşayır və nə siyasi hücumlar və nə də daxili və xarici fitnələr Türkiyəni öz hədəfindən uzaqlaşdıra bilməz.
Türkiyə prezidenti vurğulayıb: Çətin sınaqları arxada qoymuş Ankara indiyədək göstəribdir ki, Türkiyəni konstruktiv layihələrindən vaz keçdirmək olmaz.
O, həmçinin Türkiyədəki son bələdiyyə seçkilərinə toxunaraq, deyib: Hakim partiya şuralar üzrə yerli seçkilərdə hökumətlə müxalif olan ən mühüm partiya kimi Cümhuriyyət Xalq Partiyası ilə yaxın bir rəqabətdə Ankara, İstanbul və İzmir kimi mühüm şəhərlərdə rəqibə məğlub oldu və bu, Türkiyə cəmiyyətinin qanunçuluğu və fəallığını göstərir.