Amerikanın sanksiyaları Türkiyə-İran əlaqələrinə zərər vurmayacaq
-
Amerikanın sanksiyaları Türkiyə-İran əlaqələrinə zərər vurmayacaq
Türkiyənin nəqliyyat naziri deyib: Amerikanın İrana qarşı birtərəfli sanksiyaları hüquqi və beynəlxalq qaydalara əsasən, İran-Türkiyə əlaqələrinə zərər vurmayacaq.
Cahid Turhan bu gün Tehranda İran-Türkiyə birgə nəqliyyat komissiyasının 8-ci iclasının sonunda əlavə edib: Amerikanın birtərəfli sanksiyaları iki ölkənin iqtisadi əlaqələri genişləndirmək üzrə əzmkarlığında, eləcə də İran və Türkiyə siyasi rəhbərlərinin bu əlaqələri ildə otuz milyard dollaradək genişləndirmək üzrə iradələrində maneə yarada bilməz.
Türkiyənin nəqliyyat naziri deyib: İran və Türkiyə iki xalqın maraqlarının gücləndirilməsi və əməkdaşlıqların genişləndirilməsi üçün ciddi iradəyə malikdirlər və bu iradəyə iki ölkə prezidentlərinin iştirakı ilə Ankarada iki ölkənin ali əməkdaşlıq şurası iclasının keçirilməsilə bir daha təkid olundu.
O, əlavə edib: Bu gün Tehranda İran-Türkiyə birgə nəqliyyat komissiyasının 8-ci iclası keçirildi və nəqliyyat sahəsində anlaşma sənədi imzalandı ki. onda Mərkəzi Asiya ölkələri vaqonlarının İran-Tükiyə-Qazaxıstan-Ermənistan-Özbəkistan-Tacikistanın altıtərəfli anlaşması çərçivəsində gediş-gəlişi nəzərdə tutulubdur.
Türkiyənin nəqliyyat naziri vurğulayıb: İran və Türkiyə regionun iki mühüm ölkəsidir və onlar iki xalqın müştərək maraqlarının təmini üçün ciddi iradəyə malikdirlər. Çalışmaq lazımdır ki, möhkəm addımlar atılsın və bu hədəfin reallaşması üçün investisiya həyata keçirilsin.