İstanbul seçkilərinə etiraz olaraq yeni işlər açılıbdır
İstanbul prokurorluğu bu ölkədəki hakim partiyanın etirazlarının digər bir hissəsinə baxmaq üçün 32 iş açıbdır.
İstanbul prokurorluğu Türkiyə ali seçki şurasından Maltəpə, Ataşəhir və Kadıkoy dairələrində səslərin sayılışı, həmçinin bu dairələrin məsul şəxsləri və nəzarətçilərinin kimlikləri barədə hesabatlar təqdim etməsini istəyibdir.
İstanbul prokurorluğu eyni zamanda seçkilərin nəticələri barədəki etirazlara baxılması istiqamətində yüzdən çox nəfəri istintaq üçün prokurorluğa çağırtdırıbdır.
Türkiyə ali seçki şurası hakim Ədalət və İnkişaf Partiyasının ardıcıl etirazlarına görə, hələ İstanbul seçkilərinin nəticələrini elan etməyibdir.
31 mart İstanbul bələdiyyə seçkilərində müxalif cəbhədən olan Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binalı Yıldırımı məğlub edərək, İstanbul meri elan olunubdur.