Türkiyə xarici işlər naziri Rusiyadan S-400 sisteminin satın alınmasına təkid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i340471-türkiyə_xarici_işlər_naziri_rusiyadan_s_400_sisteminin_satın_alınmasına_təkid_edib
Türkiyə xarici işlər naziri deyib: Rusiyadan S-400 raket sisteminin satın alınması prosesi dayandırılmayıb və təxirə də salınmayacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2019 16:07 Asia/Baku
  • Türkiyə xarici işlər naziri Rusiyadan S-400 sisteminin satın alınmasına təkid edib

Türkiyə xarici işlər naziri deyib: Rusiyadan S-400 raket sisteminin satın alınması prosesi dayandırılmayıb və təxirə də salınmayacaqdır.

Mövlud Çavuşoğlu bu gün Rusiyanın S-400 raket sisteminin Türkiyəyə təhvil verilməsi prosesinin təxirə düşməsi ehtimalı haqda belə deyib: S-400 sisteminin alınmasının dayandırılması və ya təxirə salınmasından söz getmir, zira Rusiyanın S-400 raket sisteminin satın alınması prosesi qətidir və öz gedişatını getməkdədir.

Son aylarda Amerika ilə Türkiyə arasında müxtəlif məsələlər, o sıradan S-400 raket sisteminin satın alınması üstündə gərginlik artıbdır.

Vaşinqton iddia edir ki, S-400 raket müdafiə sisteminin Türkiyə ərazisində yerləşdirilməsi Amerikanın F-35 qırıcılarının zəif cəhətlərini üzə çıxaracaqdır.

Rusiyanın S-400 raket sisteminin Türkiyəyə satışı barədə müqavilə 2017-ci ilin dekabrında imzalanıbdır.