İmamoğlu İstanbul üçün yeni başlanğıc vəd edib
-
İmamoğlu İstanbul üçün yeni başlanğıc vəd edib
İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində hakim partiyanın müxaliflərinin qələbə qazanmaları ilə qalib partiyanın namizədi ölkəsinin prezidenti ilə tam həmkarlığa hazır olduğunu bildirib. O, bu şəhər üçün yeni başlanğıcın başlanmasından xəbər veribdir.
Müxalif partiyanın namizədi Əkrəm İmamoğlu Türkiyənin prezidenti Rəcəb Tayyıp Ərdoğana xitabən vurğulayıb ki, onunla tam şəkildə əməkdaşlıq etməyə tam hazırdır və bunu bütün İstanbul sakinləri qarşısında bəyan edir.
İmamoğlu deyib: Bu qələbə deyil; bu, başlanğıcdır. Bunu da deməliyəm ki, sabahdan mən İstanbul sakinləri olan bütün 16 milyon nəfərlə bərabər şəkildə rəftar edəcəyəm.
Röyters xəbər verib: Türkiyədə müxaliflərin əsas qrupu bazar günü təkrar keçirilən İstanbul seçkilərində təyinedici bir qələbə iddiası ilə çıxış etdi və bu qələbə ilə bu ölkənin prezidenti Rəcəb Tayyıp Ərdoğana hakimiyyətdə olduğu 16 il ərzində böyük zərbələrdən birini vurdu və Türkiyənin ən iri şəhərində yeni bir dövranın başlanması vədini verdi.
İmamoğlunun bu seçkilərdəki rəqibi, bundan öncə Türkiyənin baş naziri olmuş Binalı Yıldırım onu təbrik edib və ölkənin ticarət mərkəzi olan İstanbula xidmət göstərməkdə ona uğurlar diləyib. Ərdoğan da bir twitter mesajında onu qələbə münasibətilə təbrik edibdir.