Türkiyənin PKK-ya qarşı geniş əməliyyatı başlanıb
İyul 19, 2019 12:17 Asia/Baku
Türkiyə İraqın Ərbil şəhərindəki hücuma cavab olaraq, həmin ölkədə PKK-ya qarşı yeni geniş əməliyyata başlayıbdır.
Türkiyənin müdafiə naziri Hulusi Akar dünən deyib: Bu hərbi əməliyyat Qəndil-də və İraqın Ərbil şəhərində bir türk diplomatın öldürülməsinə cavab olaraq keçirilir.
Türkiyənin Ərbildəki baş konsulunun müavini çərşənbə günü naməlum silahlı şəxslərin hücumunda öldürülüb.
Hələ bir şəxs və ya qrup bu hücumun məsuliyyətini üzərinə götürməyibdir. Amma Türkiyənin "Haber Turk" informasiya telekanalı xəbər veribdir ki, PKK bu hücumun amili olubdur.
Belə bir halda, PKK-nın hərbi sözçüsü Diyar Denir İraqın Ərbil şəhərində türkiyəli diplomatın qətlinə hər cür müdaxiləni rədd edibdir.