İngiltərə BMT TŞ-də İrana qarşı atmosfer yaradır
https://azeri.sahartv.ir/news/türkiyə-i344732-İngiltərə_bmt_tŞ_də_İrana_qarşı_atmosfer_yaradır
İngiltərənin BMT-dəki daimi nümayəndəsi dünən gecə bu ölkənin bir ədəd tankerinin Hörmüz boğazında İran tərəfindən müsadirə olunması məsələsini bir məktubda Təhlükəsizlik Şurasına təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2019 04:00 Asia/Baku
  • İngiltərə BMT TŞ-də İrana qarşı atmosfer yaradır
    İngiltərə BMT TŞ-də İrana qarşı atmosfer yaradır

İngiltərənin BMT-dəki daimi nümayəndəsi dünən gecə bu ölkənin bir ədəd tankerinin Hörmüz boğazında İran tərəfindən müsadirə olunması məsələsini bir məktubda Təhlükəsizlik Şurasına təqdim edib.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi bu məktubda İran İslam Respublikasına qarşı əsassız ittihamlar irəli sürərək, iddia edibdir ki, iranlı qüvvələr bu tankeri Omanın ölkə sularında müsadirə ediblər.

London bu məktubda həmin tankerin İranın ölkə sularında gəmiçilik tərzini pozduğunu qəbul etmədən "Stena İmpero" tankerinin İranın balıqçılıq gəmisi ilə toqquşmasına dair heç bir faktın mövcud olmadığını bildirib və İranın bu tankeri müsadirə etməsini qanunsuz adlandırıbdır.

Bu iddia elə bir halda irəli sürülübdür ki, İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü dünən vurğulayıb ki, İngiltərənin “Stena İmpero” tankeri dənizçilik üzrə qayda-qanunları pozaraq, öz CPS aparatını söndürüb və Hörmüz boğazında Fars Körfəzinin girəcəyinə tərəf hərəkət etmək yerinə, cənubdakı çıxış istiqamətindən daxil olmaqda imiş.