Çavuşoğlu S-400 müdafiə sisteminin işə salınmasını vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i348406-Çavuşoğlu_s_400_müdafiə_sisteminin_işə_salınmasını_vurğulayıb
Türkiyənin xarici işlər naziri S-400 sisteminin 2020-ci ildə işə salınacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2019 13:49 Asia/Baku
  • Çavuşoğlu S-400 müdafiə sisteminin işə salınmasını vurğulayıb
    Çavuşoğlu S-400 müdafiə sisteminin işə salınmasını vurğulayıb

Türkiyənin xarici işlər naziri S-400 sisteminin 2020-ci ildə işə salınacağını bildirib.

Mövlud Çavuşoğlu "CNN Türk" telekanalı ilə müsahibədə deyib: Bu sistemin satın alınmasında məqsəd, hava hücumları qarşısında Türkiyənin müdafiə gücünü artırmaqdır.

Türkiyə ilə Rusiyanın 2017-ci il razılaşmasına əsasən, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd ədəd S-400 raket sistemi almalıdır.

Vaşintqon dəfələrlə Ankaranı Rusiyadan S-400 raket sistemini satın alacağı təqdirdə sanksiya edəcəyi ilə hədələyibdir.

Türkiyə indiyədək S-400 raket sisteminin təchizatlarının nəzərəçarpacaq hissəsini təhvil alıbdır.