Ərdoğan Suriyanın şimalına qarşı hücumla hədələyib
https://azeri.sahartv.ir/news/türkiyə-i349972-Ərdoğan_suriyanın_şimalına_qarşı_hücumla_hədələyib
Türkiyə prezidenti bu ölkənin Suriyada, Fərat çayının şərq bölgəsində hərbi əməliyyatının başlanacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2019 04:13 Asia/Baku
  • Ərdoğan Suriyanın şimalına qarşı hücumla hədələyib
    Ərdoğan Suriyanın şimalına qarşı hücumla hədələyib

Türkiyə prezidenti bu ölkənin Suriyada, Fərat çayının şərq bölgəsində hərbi əməliyyatının başlanacağından xəbər verib.

Rəcəb Tayyıb Ərdoğan deyib: Bu əməliyyat bu gün və ya sabah başlanacaq və bu barədə lazımı göstərişlər verilibdir.

Ankarada hakim Ədalət və İnkişaf Partiyasının məşvərət yığıncağında çıxış edən Ərdoğan əlavə edib: Türkiyə Fəratın şərqində hərbi əməliyyat keçirmək üçün lazımi hazırlığa malikdir və bu bölgədə hərbi əməliyyat planını təkmilləşdiribdir.

Türkiyə prezidenti iddia edibdir ki, Fəratın şərqində hərbi əməliyyatda məqsəd, bu bölgədə sülhün bərqərarı və Türkiyənin sərhəd bölgələrində terrorizm təhlükəsinin aradan qaldırılmasıdır.

Ərdoğanın bu hədəsi Suriya demokratik qüvvələrinin reaksiyası ilə üzləşib. Onlar xəbərdarlıq ediblər ki, Türkiyənin hücumunu hərtərəfli bir savaşa çevirəcəklər.