Ərdoğan Suriyanın şimalına hücumu əsaslandırmağa çalışıb
-
Ərdoğan Suriyanın şimalına hücumu əsaslandırmağa çalışıb
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Ədalət və İnkişaf Partiyasının qərargahı qarşısındakı çıxışında avropalılara xitabən deyib: "Sülh bulağı" əməliyyatı müstəmləkəçilik əməliyyatı deyil. Əgər belə hesab edirsinizsə, biz qapıları açar və suriyalı didərginləri sizə tərəf göndərərik. Türkiyə terrorizmlə mübarizədə aciz və gücsüz deyildir.
Ərdoğan deyib ki, hərbi əməliyyatda məqsəd, Suriya ilə sərhədlərdə terror keçidini aradan götürməkdir.
Səudiyyə güzgüdə özünə baxmalıdır. Yəmən böhranına kim bais olub? Kim minlərlə mülkini öldürüb?
Ərdoğan deyib: Misir hökuməti terror və demokratiyanın məhvinə qərq olduğu bir halda, demokratiyadan dəm vurmamalıdır.
Dünya ictimaiyyətinin bir hissəsi dünən Türkiyənin Suriyanın şimalına hücumuna reaksiya göstərib və onu tənqid edibdir.
Belçika, Fransa, Almaniya, Polşa və İngiltərə BMT Təhlükəsizlik Şurasının bağlı qapılar arxasında fövqəladə iclas keçirməsini istəyiblər. Ərəb ölkələri də Türkiyənin Suriyaya hücumunu pisləyiblər.