Çavuşoğlu: Suriyanın 30 kilometrliyinədək irəliləyəcəyik
Okt 11, 2019 05:39 Asia/Baku
-
Çavuşoğlu: Suriyanın 30 kilometrliyinədək irəliləyəcəyik
Türkiyənin xarici işlər naziri bu ölkə qüvvələrinin Suriya ərazisinin otuz kilometrliyinədək irəliləmək niyyətindən xəbər verib.
Mövlud Çavuşoğlu dünən iddia edib ki, Türkiyənin ordu qüvvələri terorçularla mübarizə üçün Suriya ərazisinin otuz kilometrliyinədək irəliləyəcəklər.
Cavuşoğlu deyib: "Sülh bulağı" əməliyyatının ilk mərhələsində məqsəd, uzunluğu 120, eni isə otuz kilometr olan bir bölgəni təmizləməkdir.
Bu arada Londonda yerləşən "Suriya insan haqlarına nəzarət" adlı qrup dünən bildirib ki, Türkiyənin Suriyanın şimalındakı əməliyyatının başlanmasından bəri bu bölgə sakinlərindən altmış min nəfərdən çox insan didərgin düşübdür.