Türkiyə bu ölkənin ABŞ-dakı konsulunun qatilinin azad edilməsini pisləyib
Mart 12, 2021 21:02 Asia/Baku
Türkiyə xarici işlər nazirliyi bir bəyanatda bu ölkənin Los-Ancelesdəki konsulunun qatilinin azad edilməsini tənqid edib.
SəhərAzəri xəbər verir, Türkiyə xarici işlər nazirliyinin bəyanatında deyilir: Amerika rəsmilərinin bu qərarı Türkiyə xalqının emosiyalarını dərindən yaralayır və terrorizmə qarşı əməkdaşlıq ruhuna zərbə vurur.
Hampiq Sasunyan 1982-ci ildə Los-Ancelesdə türk diplomat Kamal Arikalın qətlində ittiham edildi.
Los-Anceles ətrafında yaşayan erməni mühacir Sasunyan öncə şərti azadlıq imkanı olmadan ömürlük həbs cəzasına məhkum edildi, amma bir federal apellyasiya məhkəməsi bu hökmü ləğv etdi.
Belə bir şəraitdə, Ankara 2016-cı ildən bəri çox gərgin olan Vaşinqtonla münasibətlərini bərpa etmək ardıncadır.