"Yunanıstan Lozanna müqaviləsinin şərtlərini pozur"
https://azeri.sahartv.ir/news/türkiyə-i391482-yunanıstan_lozanna_müqaviləsinin_şərtlərini_pozur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna Sülh Müqaviləsi ilə bağlı açıqlamasında deyib ki, Yunanıstan Lozanna müqaviləsinin şərtlərini pozur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2022 13:39 Asia/Baku

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna Sülh Müqaviləsi ilə bağlı açıqlamasında deyib ki, Yunanıstan Lozanna müqaviləsinin şərtlərini pozur.

"Lozanna sülh müqaviləsi ilə quru sərhədlərimiz çəkildi, kapitulyasiyalar ləğv edildi, Yunanıstanda qalan türk azlığının hüquqları təmin edildi, sahillərimizə yaxın olan yunan adalarının qeyri-hərbi statusu təsdiqləndi. Türkiyə Lozanna müqaviləsinin imzalanmasından ötən 99 il ərzində onun icrasını diqqətlə izləyib. Lakin son dövrdə müqavilədə qeydə alınan şərtlər, xüsusilə türk azlığının hüquqları Yunanıstan tərəfindən pozulub", - Ərdoğan əlavə edib.

Türkiyə prezidenti son vaxtlar ABŞ-ın Yunanıstanda hərbi bazalar yerləşdirməsinə reaksiya göstərərk onların Rusiyaya görə olduğuna şübhə ilə yanaşdığını dilə gətirmişdi.