İyun 17, 2023 16:34
Həbs edilmiş inanclı insanların yaxınları dünən Bakıda parlament binası qarşısında aksiya keçirməyə cəhd edərkən polisin qəddarlığına məruz qalıblar. Bu səhnəni çəkən Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlı polis avtomobili tərəfindən qəsdən vurulduğunu deyir. DİN isə onun dediklərini təkzib edib.