Ərdoğan Tehran və Moskva ilə ticarət əlaqələrinin qorunmasını vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i324021-Ərdoğan_tehran_və_moskva_ilə_ticarət_əlaqələrinin_qorunmasını_vurğulayıb
Türkiyə prezidenti deyib ki, ABŞ-ın sanksiyalarına rəğmən, Tehran və Moskva ilə ticarət əlaqələrini qoruyub saxlayacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2018 08:41 Asia/Baku
  • Ərdoğan Tehran və Moskva ilə ticarət əlaqələrinin qorunmasını vurğulayıb
    Ərdoğan Tehran və Moskva ilə ticarət əlaqələrinin qorunmasını vurğulayıb

Türkiyə prezidenti deyib ki, ABŞ-ın sanksiyalarına rəğmən, Tehran və Moskva ilə ticarət əlaqələrini qoruyub saxlayacaqdır.

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan dünən Nyu-Yorkda deyib ki, bu ölkə dövləti ABŞ-ın sanksiyalarına rəğmən, digər ölkələrlə, xüsusən İran və Rusiya ilə ticarət əlaqələrini davam etdirəcəkdir.

Ərdoğan müxbirlər qarşısında öz bəhsinə Amerika prezidentinin Almaniyanın Rusiya enerjisindən asılı olmasına dair iddiaları ilə başlayaraq, deyib: Tramp BMT Baş Assambleyasındakı çıxışında bir neçə dəfə Almaniyanın Rusiyanın təbii qazından asılı olmasını da tənqid etdi.

Ərdoğan əlavə edib: Türkiyə təbii qaza olan ehtiyacının əlli faizini Rusiyadan alır.

O, əlavə edib: Əgər Rusiyadan qaz almasaq, Türkiyə vətəndaşları qışda şaxtalara dözməlidirlər.

Türkiyə ilə Amerika arasındakı əlaqələr 2016-cı il uğursuz Türkiyə çevrilişindən bəri gərginliyə düçar olub. Ondan sonra Türkiyədə bir ABŞ casusunun həbs olunması və Amerika tərəfindən iki Türkiyə nazirinin sanksiya edilməsi ilə bu gərginlik özünün kulminasiya nöqtəsinə çatdı.