Yüzlərlə suriyalı mühacir Türkiyədən çıxarılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i324183-yüzlərlə_suriyalı_mühacir_türkiyədən_çıxarılıb
Suriyalı didərgin və mühacirlərdən 639 nəfər müxtəlif qanun pozuntularında əlbir olmaq ittihamı ilə Türkiyədən ixrac edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2018 15:39 Asia/Baku
  • Yüzlərlə suriyalı mühacir Türkiyədən çıxarılıb
    Yüzlərlə suriyalı mühacir Türkiyədən çıxarılıb

Suriyalı didərgin və mühacirlərdən 639 nəfər müxtəlif qanun pozuntularında əlbir olmaq ittihamı ilə Türkiyədən ixrac edilib.

Dünən Türkiyənin Şanlı Urfa sərhəd vilayətində müxtəlif qanun pozuntuları ittihamı ilə bu ölkənin polis və məhkəmə orqanları tərəfindən istintaq və mühakimə edilmiş 639 suriyalı didərgin Türkiyədən ixrac edilib.

Məhkəmə orqanlarının rəyindən sonra Şanlı Urfa-nın məsul şəxsləri bildiriblər ki, ixrac olunmuş mühacirlərin Türkiyəyə geri dönmək haqları yoxdur.

Suriyada yeddiillik böhranın ardınca təqribən yeddi milyon suriyalı öz həyatından qorxuya düşərək, digər ölkələrə, o sıradan Türkiyəyə gedib və hazırda 3 milyon 500 min Suriya vətəndaşı Türkiyənin bir neçə vilayətində yaşayır.