Türkiyə XİN Səudiyyə Ərəbistanına müraciət edib
https://azeri.sahartv.ir/news/türkiyə-i326596-türkiyə_xİn_səudiyyə_Ərəbistanına_müraciət_edib
Türkiyənin Xarici İşlər Naziri Ali-Səud rejimi rəsmilərindən istəyib ki, Camal Qaşıqçının qətli ilə əlaqədə olan 18 məmuru Ankaraya təhvil versin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2018 06:31 Asia/Baku
  • Türkiyə XİN Səudiyyə rəbistanına müraciət edib
    Türkiyə XİN Səudiyyə rəbistanına müraciət edib

Türkiyənin Xarici İşlər Naziri Ali-Səud rejimi rəsmilərindən istəyib ki, Camal Qaşıqçının qətli ilə əlaqədə olan 18 məmuru Ankaraya təhvil versin.

İRİB-in Ankaradan verdiyi məlumata görə, Türkiyə XİN dünən bu ölkənin cinayət məcəlləsinin 81 və 82 saylı maddələrinə istinadla sözü gedən şəxslərin Türkiyədə mühakimə edilmələrini istəyib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da öncə Camal Qaşıqçının işi ilə əlaqədar Səudiyyə rejimi rəmilərinə xitabən demişdi ki, Ərrəyad hərhansı səbəbə görə Qaşıqçının qətlində ittiham edilən 18 nəfəri istintaqa cəlb edə bilmirsə, bu əməliyyatı Ankaranın üzərinə qoysun. 

Səudiyyə rejimi 3 həftədən sonra 20 oktyabrda nöqsanlı bir versiya irəli sürərək Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilməsini təsdiqlədi və iddia etdi ki, Qaşıqçı konsulluq işçiləri ilə qarşıdurmada ölüb. 

Ali-Səud rejimi rəsmilərinin bu kimi bəyanatları elə bir şəraitdədir ki, bu rejimin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının cənazəsi bu günədək tapılmayıb.