Çavuşoğlu Türkiyənin Azərbaycan və Gürcüstanı tam formada himayə etdiyini vurğuladı
-
Çavuşoğlu Türkiyənin Azərbaycan və Gürcüstanı tam formada himayə etdiyini vurğuladı
Türkiyənin xarici işlər naziri Ankaranın Azərbaycan və Gürcüstanı tam formada dəstəklədiyini vurğulayıb və münaqişələrin bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə təkid edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu azərbaycanlı və gürcüstanlı həmkarları ilə birgə mətbuat konfransında deyib: Türkiyə daim Azərbaycan və Gürcüstanın ərazi bütövlüklərini var gücü ilə dəstəkləyib və himayə edib.
Çavuşoğlu həmçinin deyib: beynəlxalq hüquq əsasında Azərbaycan və Gürcüstanın problemlərinin bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunması üzrə səylərini davam etdirəcək.
Türkiyənin xarici işlər naziri Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinin böyük əhəmiyyət daşıdığını deyib.