Türkiyədə etiraz aksiyası
https://azeri.sahartv.ir/news/türkiyə-i330911-türkiyədə_etiraz_aksiyası
Minlərlə nəfər bahalıq və infilyasiyaya etiraz olaraq İstanbulda aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2018 07:50 Asia/Baku
  • Türkiyədə etiraz aksiyası
    Türkiyədə etiraz aksiyası

Minlərlə nəfər bahalıq və infilyasiyaya etiraz olaraq İstanbulda aksiya keçirib.

İRNA-nın məlumatına görə, bu etiraz aksiyası həmkarlar ittifaqının dəvəti ilə keçirilib.

Aksiya iştirakçıları sosial-iqtisadi vəziyyətin yaxşılaşmasını istəyiblər.

Ötən həftə də Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir şəhərində oxşar etiraz aksiyası keçirilmişdi.

Türkiyənin Dövlət Statistika Mərkəzinin bildirdiyinə görə, noyabr ayı üçün olan infilyasiya səviyyəsi 21.62% olub.

Türkiyədə mənzil sektoru da noyabr ayında 24.7%-lik infilyasiyanı təcrübə edib. Bu isə ötən aylar ilə müqayisədə xeyli yüksəkdir.