Çavuşoğlu: Netanyahu müasir dövrün soyuqqanlı qatilidir
Dek 23, 2018 18:05 Asia/Baku
-
Çavuşoğlu: Netanyahu müasir dövrün soyuqqanlı qatilidir
Türkiyənin xarici işlər naziri İsrailin baş naziri Benyamin Netanyahunun son açıqlamasını tənqid edərək, onu müasir dövrün soyuqqanlı qatili adlandırıb.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Tvitterdə paylaşdığı yazıda bildirib: Türkiyə heç vaxt məzlum Fələstin xalqını himayədən əl çəkməyəcək.
Türkiyənin xarici işlər naziri Fələstin müqavimətinin simvolu olan 16 yaşlı gənc Fuzi Cundi və Fadi Əbu Salehin fotoşəkillərini də paylaşıb.
Çavuşoğlu bu mesajı Netanyahunun şənbə günü verdiyi açıqlamaya cavab hesab olunur. Netanyahu Ərdoğanı şimali Kiprin işğalçısı adlandıraraq, Türkiyə ordusunun ölkə daxilində və xaricində kürd qadın və uşaqları qırğın etdiyini və İsrailə əxlaq dərsi keçə bilməyəcəyini deyib.