Türkiyənin ticarət naziri Ankaranın ABŞ-ın İrana qarşı sanksiyalardan istisna edilməsinə təkid etdi
Dek 27, 2018 15:41 Asia/Baku
Türkiyənin ticarət naziri Vaşinqtonun ölkəsini İrana qarşı sanksiyalardan istisna etməli olduğunu deyib.
İRİB-nin verdiyi məlumata görə, Türkiyənin ticarət naziri Ruxsara Bekcan cümə axşamı deyib: Türkiyə ABŞ-ın İrandan neft idxalına dair sanksiyalardan Ankaranın istisna edilməsinin müddətini uzatmasını istəyir.
Türkiyənin ticarət naziri ölkəsinin bu sanksiyalrdan müvəqqəti olaraq istisna edilməsinə işarə edərək, deyib: Amerika Türkiyəyə 6 ay ərzində İrandan neft almaq icazəsi verib.
Vaşinqton İran neftinin ixracatına dair 6 ay sürən təhdidlərin ardınca nəhayət 5 noyabrda Cənubi Koreya. İtaliya. Yaponiya, Hindistan, Çin, Türkiyə Tayvan və Yunanıstanı 6 ay müddətinə neft sanksiyalarından istisna etdi.
Teqlər