Türkiyə xarici işlər naziri Suriyada təhlükəsiz məntəqənin yaradılması haqda danışıb
https://azeri.sahartv.ir/news/türkiyə-i333173-türkiyə_xarici_işlər_naziri_suriyada_təhlükəsiz_məntəqənin_yaradılması_haqda_danışıb
Türkiyə xarici işlər naziri deyib: Ankara təklikdə də Suriyanın şimalı ilə həmsərhəd olan məntəqələrin təhlükəsizliyini təmin edə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2019 18:04 Asia/Baku
  • Türkiyə xarici işlər naziri Suriyada təhlükəsiz məntəqənin yaradılması haqda danışıb
    Türkiyə xarici işlər naziri Suriyada təhlükəsiz məntəqənin yaradılması haqda danışıb

Türkiyə xarici işlər naziri deyib: Ankara təklikdə də Suriyanın şimalı ilə həmsərhəd olan məntəqələrin təhlükəsizliyini təmin edə bilər.

Mövlud Çavuşoğlu bildirib ki, Ankara təhlükəsiz məntəqənin yaradılması barədə rəsmi Dəməşqlə dolayısı ilə təmaslara malikdir. O, deyib: Moskva və Ankara Suriya böhranının siyasi həll yolu barədə fikir birliyinə malikdirlər. Amma hələ iki ölkənin bəzi cüzi məsələlər üstündəki ixtilafları qalır.

ABŞ prezidenti Donald Tramp bundan öncə bir twitter müraciətində amerikalı hərbçilərin Suriyadan geri çəkilmələrinə toxunaraq, bu ölkənin Türkiyə ilə sərhədinin iyirmi millyində sözdə təhlükəsiz məntəqələrinin yaradılmasına təkid edərək, Ankaraya xəbərdarlıq etmişdi ki, Amerikaya tərəfdar olan kürd yarımhərbçilərə hücum edəcəyi halda, ABŞ Türkiyənin iqtisadiyyatını hədəfə alacaqdır.