Ərdoğan Astana prosesini Suriya böhranının həlli üzrə ən uğurlu layihə adlandırıb
https://azeri.sahartv.ir/news/türkiyə-i334763-Ərdoğan_astana_prosesini_suriya_böhranının_həlli_üzrə_ən_uğurlu_layihə_adlandırıb
Türkiyə prezidenti deyib ki, Astana prosesi Suriya böhranının həlli üzrə ən uğurlu layihədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 15, 2019 08:34 Asia/Baku
  • Ərdoğan Astana prosesini Suriya böhranının həlli üzrə ən uğurlu layihə adlandırıb

Türkiyə prezidenti deyib ki, Astana prosesi Suriya böhranının həlli üzrə ən uğurlu layihədir.

Dünən Rusiyanın Soçi şəhərində, üçtərəfli İran-Rusiya-Türkiyə sammitində çıxış edən Rəcəb Tayyıb Ərdoğan əlavə edib: Astana prosesi istər döyüşlərin dayandırılmasında, istər atəşkəsin icrasında, istər sazişdə, istərsə də gərginliyin azaldılması məntəqələrinin yaradılmasında, Suriya böhranının həlli üzrə ən böyük uğurlu layihə olubdur.

Ərdoğan çıxışının digər bir hissəsində vurğulayıb: Daha Suriyada qan axıdılmamasına səy göstərildiyi bir halda, bəzi Qərb ölkələri hələ də Suriyada döyüşlərin davam etməsinə səy göstərirlər.