Ərdoğan: Rusiyadan "S-400"lər alınacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i335661-Ərdoğan_rusiyadan_s_400_lər_alınacaq
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı Rusiyadan "S-400"lərin alınmasının qətiləşməsindən xəbər verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2019 08:10 Asia/Baku
  • Ərdoğan: Rusiyadan
    Ərdoğan: Rusiyadan "S-400"lər alınacaq

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı Rusiyadan "S-400"lərin alınmasının qətiləşməsindən xəbər verdi.

İRNA-nın məlumatına görə, Ərdoğan NTV kanalına verdiyi müsahibədə "S-400" raket sisteminə dair müqavilənin qətiləşdiyini bildiridi və dedi: ABŞ yaxşı şərait  yaradarsa, Türkiyə bu ölkədən "Patriot" raketləri də ala bilər. 

Ötən aylarda Türkiyə-ABŞ münasibətləri Rusiyadan "S-400" raket sisteminin alınmasına görə gərgin anların şahidi olub. 

Rusiya prezidenti Vladimir Putin 26 may 2018-ci il tarixində ABŞ-ın Türkiyəyə "S-400" raket sistemini almasını qadağan etmək kimi bir haqqa malik olmadığını dedi. 

"S-400" raket sisteminin Türkiyəyə satılmasına dair müqavilə 2017-ci ildə imzalandı. 

"S-400" raket sistemi eyni anda 72 raket atmaqla 5 kilometrdən, 60 kilometrə kimi məsafədə habelə, 2 kilometrdən 27 kilometrə kimi hündürlükdə olan taktiki hədəfləri və ballistik raketləri məhv etməyə qadirdir. Bu raket sistemi ən modern müdafiə sistemi sayılır. 

ABŞ Türkiyəyə xəbərdarlıq edib və bildirib ki, Rusiyadan "S-400" raket sistemi alacağı təqdirdə, Vaşinqtonun sanksiyalarına məruz qalacaq.