Ərdoğan: Yeni Zelandiya terror hücumunun amili cəzalandırılmalıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i337237-Ərdoğan_yeni_zelandiya_terror_hücumunun_amili_cəzalandırılmalıdır
Türkiyə prezidenti cümə günü Yeni Zelandiyada iki məscidə qarşı edilmiş terror hücumu amilinin cəzalandırılması vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2019 06:46 Asia/Baku
  • Ərdoğan: Yeni Zelandiya terror hücumunun amili cəzalandırılmalıdır

Türkiyə prezidenti cümə günü Yeni Zelandiyada iki məscidə qarşı edilmiş terror hücumu amilinin cəzalandırılması vacibliyini vurğulayıb.

Rəcəb Tayyıp Ərdoğan dünən Türkiyə xalqından minlərlə nəfərin qarşısında deyib: Əgər Yeni Zelandiya hökuməti bu ölkədəki son terror hücumunda öldürülmüş müsəlmanların qanlarının əvəzini çıxmazsa, Türkiyə bu işi necə görəcəyini bilir.

Türkiyə prezidenti vurğulayıb: Yeni Zelandiya indi elə bir tədbir tökməlidir ki, bu ölkədə iki məscidə qarşı edilmiş terror hücumu və müsəlmanların qırğın edilmələri amili edam cəzası ilə üzləşmiş olsun.

Türkiyə səhv edibdir ki, on beş il bundan öncə edam cəzasını öz qanunlarından kənara qoyubdur- deyə, Rəcəb Tayyıp Ərdoğan vurğulayıb.