300-dən çox şəxsin Türkiyə bələdiyyə seçkilərinə namizədliyi ləğv olunub
Mart 26, 2019 09:17 Asia/Baku
Türkiyə daxili işlər naziri deyib ki, bu ölkə meriyalarına və vilayət şuralarına seçkilərə namizədlərdən 300 nəfərdən çoxu Gülən qrupu və PKK ilə əlaqədə olmaq ittihamı ilə namizədlər siyahısından çıxarılacaqdır.
Suleyman Soylu dünən gecə bir telesöhbətdə belə deyib: Araşdırmalar göstərir ki, Türkiyə meriyalarına və vilayət şuralarına seçkilərə namizədlərdən 378 nəfər Gülən qrupu, PKK, həmçinin İŞİD terror qrupu ilə əlaqəyə malikdir və namizədlər siyahısından çıxarılmalıdırlar.
Türkiyə meriyalarına və vilayət şuralarına seçkilər 2019-cu il martın 31-də keçiriləcək.
Teqlər